пятница, 10 апреля 2015 г.

Oksana: "Onu başqa xanımla görsəm..."

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə münasibətlərindən danışıb
Milli.Az-ın lady.day.az-a istinadən xəbərinə görə, sənətçi onun xoşbəxt olmasını istədiyini bildirib:
“Ayrıldıqdan sonra onun şəxsi həyatı ilə maraqlanmıram. Nə vaxtsa həyatına başqa xanım girərsə, sevinərəm ki, ata olacaq. Elşada hər şeyin yaxşısını arzulayıram. Onu nə vaxtsa başqa xanımla görsəm, pis olmaq hisslərimi büruzə vermərəm, yanından düz keçərəm. Hələ ki, belə halla qarşılaşmamışam, ona görə də necə olacağımı dəqiq deyə bilmərəm. İndi xoşbəxtəm, valideynlərim yanımdadır. Hər bir xanım yanında güclü kişi, nəvaziş istəyir. Amma işlərim çoxdur, sevgi haqda düşünmürəm".

O.Rəsulova ana olmaq istəyi ilə bağlı suallara isə belə cavab verib:
“Hələ ki, ana olmaq istəyim yoxdur. Əgər gələcəkdə də həyatımda kimsə olmasa, tənha analıq haqda düşünəcəm. Məncə, bir uşağın atası mütləq olmalıdır. Uşaqlar hər iki valideynləri yanlarında olanda xoşbəxtdirlər. Hərdən efirdə atılmış körpələri görəndə əsəbiləşirəm. Doğma övladı küçəyə necə atmaq olar? Həmin an düşünürəm ki, ən yaxşısı uşağı tək böyüdüb, həm atası, həm də anası olmaqdır".

Комментариев нет: